Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

PUTİNİN AMBİSİYALARI RUSİYANI DAĞIDIR

 

“Nələrisə itirmək təhlükəsi ilə üzləşə biləcək rusiyalılar öz pullarını və qiymətli əşyalarını ölkə xaricinə çıxarırlar”

"Xeberinfo.com":  Məlumata görə, Boris Nemtsovun qətlindən sonra ölkədə yüksələn qorxu atmosferi, nələrisə itirmək təhlükəsi ilə üzləşə biləcək rusiyalıları öz pullarını və qiymətli əşyalarını ölkə xaricinə çıxarmağa vadar edir. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2014-cü il üçün ölkədən çıxan kapital axınının həcmi 151,5 milyard dollar təşkil edib. Keçən il ölkədən axıb getmiş kapitalın miqdarı Rusiya Ümumi Daxili Məhsulunun (ÜDM) yeddidə bir hissəsinə ekvivalentdir. Bu barədə ABŞ-ın “Eurasia Net” onlayn qəzetinin “Rusiya: Kapital axınının miqyası görünməz həddə qalxıb” adlı məqaləsində bildirilir.

Müəllif qeyd edir ki, ümumiyyətlə 2014-cü il, Putinin XX əsrin son günündə ölkənin hakimiyyət sükanı arxasına keçdiyi vaxtdan indiyədək Rusiyanın yaşadığı ən ağır il olub. Kapital axınının aktivləşməsi Putin administrasiyasının vəziyyətini daha da mürəkkəbləşdirir. Beləki, 2013-cü ildə ölkədən axıb gedən kapitalın həcmi 61 milyard təşkil etmişdi və onda, Kreml bu səviyyəni kəskin kritik hədd adlandırmışdı. Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev isə əminliklə bildirmişdi ki, həmin göstərici 2014-cü ildə 30 milyard dolları keçməyəcək. Əlavə, A.Ulyukayev rublun dollara görə məzənnəsinin praktik olaraq dəyişməyəcəyini və iqtisadiyyatın isə 2,5% böyüyəcəyini bəyan etmişdi.

Kapital axını barəsindəki məlumatlar Rusiya cəmiyyətinin prezident Putinə münasibətindəki təəccüb doğuran ikili xarakterini açıq şəkildə nümayiş etdirir. Bir tərəfdən rəyi soruşulanlar – əsasən də söhbət Kremlin Ukraynaya qarşı yürütdüyü sərt xəttdən gedəndə – Putini və onun siyasətini dəstəklədiklərini ifadə edirlər. Eyni zamanda imkanlı insanların arasındakı həyacan və təlaşın yüksək səviyyəsi, ölkədən külli miqdarda pulun axmasına səbəb olmuşdur ki, bu da öz növbəsində rusiyalıların Putinin işınə necə qiymət verməklərinin daha dəqiq indikatorudur.

RUSSIA-ECONOMY-RUBLEPutin isə əksinə, ümumi vəziyyəti sanki qorxulu heç nə olmamış kimi təqdim etməyə çalışır. Keçən ilin sonunda o, bu barədə bildirmişdi: ”2008-ci ildə Rusiyadan axan kapitalın miqdarı 133 milyard dollar olub və heç bir şey də baş verməyib, hamı sağ-salamatdır, onu da deyək ki, sonra həmin pullar geri qayıdıb və vəziyyət normallaşıb”. O, həmçinin iddia edir ki, kapitalın 2014-cü ildə tam xalis çıxışı kimi qiymətləndirilən pulların 50%-i heç yerə getməyib və ölkədə qalıb. Lakin Mərkəzi Bank tərəfindən təqdim olunan rəsmi statistikaya baxdıqda isə Putinin fikirlərini təsdiq edəcək fakt tapmaq çətinləşir. Çünki Mərkəzi Bank bildirib ki, Rusiya şirkətlərinin bu il ərzində xarici ölkələrə 115-130 milyard dollar ödəməyə məcbur qalmaları onları bərk narahat edir.

a1de54180cf0d18a06c438d4ded_prevRus şirkətlərinin xarici kapital bazarına daxil olmasına qoyulmuş sərt məhdudiyyət, praktik baxımdan onları əməliyyat kapitalından məhrum edərək, nəinki bu şirkətlərin böyüməsini, hətta onların yaşamasını əngəlləyir. Bundan başqa Rusiya prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov ölkədəki kapital axınını müsbət irəliləyiş sayaraq, bunu Rusiyanın xarici ölkələrə birbaşa investisiya qoyuluşu adlandırıb. Rusiyanın ”illik statistika məcmuəsi”-nin məlumatına əsasən, 2013-cü ildə Rusiya xarici ölkələrə 201,64 milyard dollarlıq investisya qoyub. 2014-cü ilin məlumatları isə hələlik dərc edilməyib. Ancaq birbaşa investisiyalar barəsində Belousovun iddiaları hədsiz şübhəli görünür. Həmin məcmuənin məlumatına görə, 201,64 milyard dolların 61,6 milyardı Britaniya Vircin adalarındakı ofşor zonalara investisiya olunub. Bəllidir ki, ümumiyyətlə pullarını gizlətmək istəyənlər öz vəsaitlərini belə yerlərə yerləşdirirlər.Vircin adalarının ÜDM-nin bir milyard dollardan da az olmasını nəzərə alaraq, belə nəticə çıxara bilərik ki, ya həmin bu adalar fenomenal həcmdə investisiya alıb və bu böyük xəbər haqqında isə heç kim, heç nə eşitməyib və ya da ki, Rusiya pulları sadəcə olaraq ofşor bank hesablarına keçirilib. Bütövlükdə götürdükdə isə, Belousovun dediyi həmin birbaşa investisiyaların üçdə ikisi Britaniya Vircin adaları da daxil olmaqla, İsveçrə, Kipr, Bermud adalarının ofşor banklarına yerləşdirilib.

Hələlik isə Rusiya məmurları ölkədəki kapital axınının 2015-ci ildə azalması məsələsi üzərində proqnozlaşdırmalar aparırlar. Maliyyə naziri Anton Siluanov bu məsələ ilə əlaqədar olaraq, ”RİA-Novosti” agentliyinə deyib: ”Birinci rüb üçün kapital axınının 30 milyard dollar olacağını gözləyirik, bizim proqnozlaşdırdığımız kimi bu məbləğ illik hesabla 90-100 milyard təşkil etməlidir”. Rusiya İqtisadi İnkişaf Nazirliyi isə kapitalın xalis axınının proqnozunu 115 milyard dollara qədər yüksəldib. Amma Mərkəzi Bank daha pessimist mövqe nümayiş etdirərək bildirib ki, 2015-ci il üçün xalis kapital axını 118 milyard dollar təşkil edəcək.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam