Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

PUTİNİN ƏTRAFINDA BÖYÜK MÜƏMMA

 

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin gözlənilmədən Avrpasiya İqtisadi İttifaqı dövlət başçılarının Astana sammitinə qatılmaq üçün Qazaxıstan Respublikasının paytaxtına getməyib. 

"Xeberinfo.com":  Məlumata görə, Astanadakı mənbə səbəb kimi Putinin xəstələndiyini bildirib. Amma Kreml bu xəbəri təkzib edib. AzPolitika.info-nun məlumatına görə, RBK telekanalı isə müəyyən edib ki, prezidentin görüşləri barədəki xəbərlər geri tarixlə yayımlanır.

Bildirilir ki, izləyicilər Putini martın 5-dən sonrakı günlərdə görə bilməyiblər. Sonuncu dəfə onu martın 5-də İtaliyanın baş naziri Matteo Rensi ilə görüşərkən görüblər.

Kremlin saytında xəbər verilir ki, martın 8-də prezident qadınları bayram münasibəti ilə təbrik edib. Amma RBK-nın məlumatına görə, prezidentin bu çıxışı və şəkli əvvəlcədən – hələ martın 5-dən hazırlanıb.

Prezident saytı xəbər verir ki, martın 10-da Putin Yamalo-Nenets Muxtar Dairəsinin qubernatoru Dmitri Kobılkinlə görüşüb. Fəqət, RBK mənbələri iddia edirlər ki, Kobılkin həmin gün ümumiyyətlə, Kremlə gəlməyib. Qubernatorun mətbuat xidməti də bu xəbəri təkzib edir.

Bu ərəfədə isə məlum oldu ki, Putin Belarus və Qazaxıstan prezidentləri ilə danışıqlar aparmaq üçün Astanaya getməyəcək. Qazaxıstandakı mənbə «Röyter»ə deyib ki, Putin xəstələnib. Prezidentin mətbuat katibi D.Peskov isə bunu təkzib edib.

Kremlin saytında prezidentin Kareliyanın başçısı Aleksandr Xudilaynenlə görüşü barədə məlumat yer alıb. Amma Kareliya KİV-i bu görüş barədə hələ martın 5-də məlumat yaymışdı.

Bu arada məlum olub ki, Kreml gözlənilmədən Cənubi Osetiya ilə məlum müqavilənin imzalanmasını qeyri-müəyyən müddətə təxirə salıb. Bu münasibətlə hətta Sxinvalidən Moskvaya nümayəndə heyəti də gəlmişdi. «Moskovskiy Komsomolets» qeyd edir ki, qonaqlar üçün bu təxirəsalma xeyli gözlənilməz olub. Hələ bir həftə bundan əvvəl bildirilirdi ki, martın 11-də Cənubi Osetiya «prezidenti» Leonid Tibilovun Moskvaya səfəri zamanı məlum müqavilə imzalanacaq.
Beləliklə, belə qeyri-müəyyənlik fonunda məntiqi sual baş qaldırır – görəsən, nə baş verir, Putinə nə olub?

Azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam