Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

“Fairmont Baku”nun yeni qiyməti açıqlandı

 

“Fairmont Baku” oteli 450 milyon dollara başa gəlib. 

"Xeberinfo.com":  Məlumata görə, virtualaz.org saytı xəbər verir ki, bunu otel və daşınmaz əmlak sahəsində məsləhət verən “Servotel” konsaltinq firmasının idarə heyətinin başçısı, türkiyəli menecer Ömər İsvan deyib.
Firmanın gördüyü işlərdən danışan Ö.İsvan gördükləri ən uğurlu işlər sırasında “Fairmont Baku” otelinin olduğunu bildirib.
12 milyondan 600 milyon dollaradək investisiya dəyəri olan layihələri həyata keçirdiklərini deyən Ö.İsvan Bakıdakı işlərinin öhdəsindən uğurla gəldiklərini açıqlayıb.
Ö.İsvan oteldə 300-dən çox nömrənin və quruluşuna görə 270 tip fərqli tipdə otağın olduğunu açıqlayıb.
Ö.İsvan ötən il 2,5 milyard dollarlıq layihələrin həyata keçirilməsində iştirak etdiklərini deyib.

Ömər İsvan

Xatırladaq ki, “Fairmont Baku” otelinin 1 milyard dollara başa gəlməsi haqda da açıqlama verilmişdi.
“Fairmont Baku”nun Türkiyədə keçirilən təqdimatında çıxış edən otelin direktoru Adrian Ellis “Alov qüllələri”nin birində yerləşən “Fairmont Baku” otelinin 1 milyard dollarlıq investisiya hesabına başa gəldiyini demişdi.
Qeyd edək ki, oteldə normal mövsümdə kral nömrəsinin bir günü 5 min avroya satılır. Nəhəng oteldə 2 royal-suit, 2 kral dairəsi, 2 Xəzər mənzərəli suit, 57 “Fairmont Gold” nömrəsi, 5 tək yataq otaqlı suit, 6 böyük yataq otaqlı suit, 92 lüks nömrə, 26 ikinəfərlik otaq, 97 “Fairmont” otaq, 19 servis otağı, 9 restoran və bar, 2500 kvadratmetrlik toplantı zalı, açıq və qapalı üzgüçülük hovuzu, tibb mərkəzi, ESPA-spa servisi və tennis kortları var.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam